Prezidentin köməkçisi: Elə bilin ki, müharibədə, ön cəbhədəyik | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin köməkçisi: Elə bilin ki, müharibədə, ön cəbhədəyik

17:28 - 03 / 07 / 2020
Prezidentin köməkçisi: Elə bilin ki, müharibədə, ön cəbhədəyik

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı. Bu tədbirlər planı makroiqtisadi sahənin, həm də sosial sahənin inkişafına, dayanıqlılığına yönəlmişdir.

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün yoluxma sayı yüksək həddə qalır. Karantin rejiminin sərtliyi onun həyata keçirilmə formasından aslıdır: "Biz bütün dünyanın üzləşdiyi problemlə qarşı-qarşılaşmışıq. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Bu mübariəzədə birgə iştirak etməklə virusa qalib gələ bilərik. Bu iş çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, maska taxmaq və gigyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik".

Qafar Ağayev

Paylaş:
701

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər