Bakıda və bölgələrdə koronavirusa yoluxma faizi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və bölgələrdə koronavirusa yoluxma faizi açıqlanıb

17:40 - 03 / 07 / 2020
Bakıda və bölgələrdə koronavirusa yoluxma faizi açıqlanıb

Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, ən çox yoluxma Binəqədi rayonundadır:

“Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda  0.3 faiz təşkil edib”.

Bölgələrə gəlincə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər