Karantin rejimində avtomobillə necə hərəkət etmək mümkün olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin rejimində avtomobillə necə hərəkət etmək mümkün olacaq?

18:11 - 03 / 07 / 2020
Karantin rejimində avtomobillə necə hərəkət etmək mümkün olacaq?

“İcazə sistemində hər bir halda əməkdaşa icazə verildikdə onun istidasində  olan nəqliyyat vasitəsi barədə də məlumatlar daxil olunur”.

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

“SMS icazə sistemində isə şəxslər yalnız öz şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini yazmaqla icazə alırdılar. İcazə alan şəxsin avtomobilinə icazə alınması ilə ilə bağlı məsələ var. Hazırda bununla bağlı texniki işlərin görülməsi və normativ  bazanın hazırlanması ilə bağlı işlər gedir. Vətəndaşlarımıza tövsiyə edirik ki,  5 iyundan etibarən icazə alırsa,  fərdi nəqliyyat vasitəsi varsa, onun da seriya və nömrəsini eyni SMS-də təqdim etməlidir”.

Ü.Mehdiyev deyib ki, bununla bağlı təlimatlandırıcı video hazırlanacaq.

“Nəqliyyat vasitəsilə hərəkət edən şəxslərin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı normativ hüququ baza formalaşdırılır. Qanunvericiliklə bu səlahiyyət verildikdən sonra imkan olacaq ki, vətəndaşlar həm də nəqliyyat vasitələrinə icazə ala bilsin”.

Qafar Ağayev

Paylaş:
852

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər