Xəbərdarlıq: Sabah Bakı küçələri dezinfeksiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəbərdarlıq: Sabah Bakı küçələri dezinfeksiya olunacaq

10:50 - 03 / 07 / 2020
Xəbərdarlıq: Sabah Bakı küçələri dezinfeksiya olunacaq

Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barərədə 1news.az-a Paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Qafar Ağayev

Paylaş:
608

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər