Müdafiə Nazirliyi: Patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub

12:18 - 03 / 07 / 2020
Müdafiə Nazirliyi: Patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.  

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Qafar Ağayev

Paylaş:
770

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər