Bakıda kafe icarədarının tamahı burnundan gəldi - 2000 manat cərimə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kafe icarədarının tamahı burnundan gəldi - 2000 manat cərimə - FOTO

14:08 - 04 / 07 / 2020
Bakıda kafe icarədarının tamahı burnundan gəldi - 2000 manat cərimə - FOTO

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində "Günəş" kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

1news.az 

Paylaş:
838

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər