“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən sakin haqqında - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən sakin haqqında - VİDEO

17:10 - 04 / 07 / 2020
“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən sakin haqqında - VİDEO

“Mirvari Park” yaşayış kompleksinin rəhbərliyi kompleksin sakinlərindən birinin eyvan məhəccərinin üstünə çıxıb17-ci mərtəbədən özünü ataraq intihar etməklə hədələdiyi video ilə bağlı açıqlama verib.

Həmin adamın belə bir addım atmasına səbəb avtomobilinin kompleksin qarajına buraxılmaması olub. Sonradan onu belə bir dəhşətli hərəkət etməkdən çəkindirmək mümkün oldu.

“Mirvari Park”dan baş verənləri aşağıdakı kimi izah ediblər:

“İyulun 1-dən etibarən kompleksin yeraltı qarajındakı ​​dayanacaq yerlərini satışa çıxardıq. Sakinlərə üç ay əvvəl bu barədə məlumat verilmişdi. Eyvandan tullanmaqla hədələyən şəxs sərxoş vəziyyətdə qaraja daxil olmağa çalışsa da, park yeri əldə etmədiyi üçün içəri buraxılmadı. Belə olduqda o, kompleks rəhbərliyinin gəlməsini tələb edərək 17-ci mərtəbədən tullanacağı ilə bizi şantaj etməyə başladı.

Hadisə yerinə gələn FHN-in əməkdaşları bu adamın nə istədiyini öyrənməyə başlayanda məlum oldu ki, o, avtomobilini daha 15 gün qarajda park etməsi üçün möhlət istəyir. Buna icazə verdik. Buna görə belə bir şou təşkil etməyə dəyərdimi?

Bir daha vurğulamaq istəyirik ki, bu adam çox sərxoş idi. Çağırışa gələn dövlət qurumlarının əməkdaşları bütün bunları qeyd etdilər. Polis isə yalan zəngə görə ona protokol yazdı.

Dayanacaq yerləri məsələsinə gəlincə, yeddi ildir kompleksimizdəki qarajlar icarəyə verilib. Daha sonra park yerlərinin həm də kredit şərtləri ilə satılması qərara alındı. “Mirvari Park”dakı yeraltı dayanacaq iki mərtəbədən ibarətdir. İlkin mərhələdə üst mərtəbədəki parkinqi satırıq və yerlərin yarısı artıq satılıb. Bu adam parkinq yeri almaq istəmir və buna görə də belə bir əsassız ssenariyə müraciət etmək qərarına gəldi”.

Reklam hüququnda

 

Paylaş:
1364

Son xəbərlər

Bütün xəbərlər