Nazirlik: “Sobsan”dakı yanğın zamanı havada çirklənmələr qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: “Sobsan”dakı yanğın zamanı havada çirklənmələr qeydə alınıb

15:03 - 06 / 07 / 2020
Nazirlik: “Sobsan”dakı yanğın zamanı havada çirklənmələr qeydə alınıb

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə  havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq  həddini  keçib. 

Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar  nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək. 

Qafar Ağayev

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər