Azərbaycanda 6 iyula olan koronavirus statistikası AÇIQLANDI - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 iyula olan koronavirus statistikası AÇIQLANDI - FOTO

17:39 - 06 / 07 / 2020
Azərbaycanda 6 iyula olan koronavirus statistikası AÇIQLANDI - FOTO

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.
 
Qafar Ağayev
Paylaş:
1211

Son xəbərlər

Bütün xəbərlər