Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat etdi

10:36 - 06 / 07 / 2020
Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat etdi

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

1news.az

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər