Ötən gün karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib

10:43 - 06 / 07 / 2020
Ötən gün karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib

Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.

DİN-dən 1news.az-a verilən məlumata görə, koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

İyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilmiş, 2294 nəfər inzibati cərimə olunmuşdur ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.

Qafar Ağayev

Paylaş:
673

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər