Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb - FOTO

15:29 - 07 / 07 / 2020
Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb - FOTO

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil 2 piyada qadını vurub. Hər iki qadın hadisə yerində ölüb. 

Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.

"Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir. 

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər