İsmayıllıya gedənlər cəzalandırıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıya gedənlər cəzalandırıldı – FOTO

17:38 - 07 / 07 / 2020
İsmayıllıya gedənlər cəzalandırıldı – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin  əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər