İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb

13:20 - 08 / 07 / 2020
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

1news.az

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər