Binəqədidə avtomobildən 3 min manata yaxın qarət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə avtomobildən 3 min manata yaxın qarət olub

09:43 - 08 / 07 / 2020
Binəqədidə avtomobildən 3 min manata yaxın qarət olub

Bakıda avtomobil qarət olunub.

1news.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini Ü. Vəliyevə məxsus “Toyata” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 700 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır..

Qafar Ağayev

Paylaş:
493

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər