Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

16:13 - 09 / 07 / 2020
Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

Mərkəzi Gömrük Hospitalı koronavirusa yoluxan həkim Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.

1news.az-ın xəbərinə görə, hospitaldan Trend-ə verilən məlumatda bildirilir ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır: "Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib.

Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb".

1news.az

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər