Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

10:38 - 09 / 07 / 2020
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər