Bakıya gətirilən 3 tona yaxın qarpız magistrala dağıldı - FOTO

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, üzü Bakıya doğru hərəkətdə olan iritonnajlı yük maşını eyni istiqamətdə gedən qarpızla yüklənmiş “Qazel” maraklı avtomobilə çırpılıb. Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yol kənarına aşıb. Daşıdığı qarpızlar isə magistral yola dağılıb.
Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
732