Azərbaycanda virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozetiv çıxıb. Bu şəxslərdən ikisi vaxtından əvvə şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.
S.Xankişiyeva
704