İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? – RƏSMİ

Daha 60 gün karantin rejiminin tətbiq olunacağı barədə xəbərlər şayiədir.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Qərarlar epidemioloji vəziyyət təhlil olunduqdan sonra veriləcək”.
S.Xankişiyeva
795