“Oqtay Şirəliyevin sağlamlığında problem yoxdu” – Nazirliyin aparat rəhbəri

“Səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevin sağlamlığında problem yoxdu, iş başındadır”.
1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov bildirib.
N.Zeynalov qeyd edib ki, ölkədə həm səhiyyə sisteminin, həm də koronavirusla mübarizə işinin aparılmasında aktiv iştirak edir.
“Bir neçə dəfə televiziya kanallarında olub, Səhiyyə Nazirliyinin müxtəlif nümayəndələri ictimaiyyət qarşısına çıxır. Səhiyyə Nazirliyi ilə ictimaiyyət arasında məlumat mübadiləsi mövcuddur”.
Qafar Ağayev
798