Məhəllə.az – Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində möhtəşəm yenilik – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhəllə.az – Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində möhtəşəm yenilik – FOTO – VİDEO

12:00 - 13 / 07 / 2020
Məhəllə.az – Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində möhtəşəm yenilik – FOTO – VİDEO

Məhəllə.az – azərbaycanlı tərtibçiləri tərəfindən MTK, MMMC (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti), yaşayış kompleksləri və Azərbaycandakı biznes mərkəzləri üçün yaradılmış, əsas üstünlükləri və xüsusiyyətləri aşağıdakı materialda təsvir olunan innovativ online platformadır.

Bu formatda platformalar MDB ölkələri və Avropa üçün yeni deyil, lakin Məhəllə.az – Azərbaycanda xidmətlər prosesini rəqəmləşdirmək üçün ilk alət olacaq. Evlərini (Binalarını) idarə edən şirkət nümayəndələrilə ünsiyyət problemi ilə bağlı şəxsi təcrübə müəllifləri belə bir layihə yaratmağa sövq etdi.

Məhəllə.az – yaranan bütün problemləri online şəklində və heç bir xüsusi səy göstərmədən həll etməyə imkan verən mənzil-kommunal xidmətləri və sakinlərin idarəedici təşkilatla (komendantla) ünsiyyəti üçün yaradılıb. Bu da koronavirus pandemiyası şəraitində olduqca əhəmiyyətli üstünlükdür, çünki online ünsiyyət bütün mümkün əlaqələri minimuma endirir. Ümumiyyətlə, artıq bütün dünya offline rejimdən online-a keçid edir. Bu da gündəlik həyatımızın demək olar ki, bütün sahələrinə toxundu. Məhəllə.az müəllifləri öz layihələrinin yaradılması və istifadəsində bu prosesin aktuallığını nəzərə alıblar.

Sadəlik və səmərəlilik – platformanın yaradılmasının və əsas prinsipinin əsasını bu iki amil təşkil edir. Xidmətləri idarəetmə üçün mükəmməl alət xidmətlərinin təchizatçısıyla birbaşa çalışan Məhəllə.az platformasının üstünlüyü bununla bitmir; bu, sakinlər və idarəedən şirkət arasında yaranan problemləri innovativ həll edərək, onların qarşılıqlı əlaqələrini əla koordinasiya edir.

Bundan sonra, MTK, MMMC, yaşayış kompleksləri, biznes mərkəzləri və ölkəmizin digər mənzil-kommunal xidmətləri Məhəllə.az-ın köməyi ilə ödənişlərini online və ya hər bir sakinə verilən fərdi koddan istifadə edərək ödəmə terminalları vasitəsilə həyata keçirə biləcəklər. Bununla yanaşı, digər kommunal xidmətlərin – qaz, elektrik, su, internet, TV və s. üçün ödənişi də mümkün olacaq. Məhəllə.az və tərəfdaşları bütün ödənişlərin təhlükəsizliyinə zəmanət verirlər.

Məhəllə.az platformasının köməyilə sakinlər evlərində (binalarında) baş verən bütün hadisələrdən və dəyişikliklərdən daim xəbərdar olacaqlar. Platforma həm fərdi, həm də kütləvi bildiriş şəklində ən vacib xəbərlər barədə məlumat verir; bildirişlər aşağıdakı yollarla – WhatsApp, SMS, elektron poçt ünvanına və ya sakinin şəxsi kabinetinə yazılı şəkildə göndərilməklə həyata keçirilir.

Məhəllə.az-ın fərqləndirici xüsusiyyətlərindən biri də istifadəsinin asanlığı və rahatlığıdır. Bu da platformanı yaşından və təhsilindən asılı olmayaraq hamı üçün əlçatan edir. Məsələn, burada sadələşdirilmiş və sürətli formada ödənişlərin və borcların miqdarı barədə qrafik hesabatlar yaradılır ki, bu da müəyyən şəffaflığı təmin edərək maliyyə dövriyyəsini vizual şəkildə görməyə imkan verir.

Məhəllə.az evləri (çoxmənzilli binaları) idarə edən şirkətə sakinlərdən hər cür şikayət, ərizə və təklifləri birbaşa online şəklində qəbul etməyə imkan verir. Bunun vasitəsilə sakinləri narahat edən müəyyən bir məsələni səmərəli həll etmək üçün səsverməni və anketləri də online şəkildə həyata keçirmək mümkün olacaq.

Müəlliflər qeyd edirlər ki, platforma müştərinin istəyi və sorğusu ilə istənilən xüsusi tələbə uyğun korporativ şəkildə brendləşdirə bilər. Komanda hər bir müştəriyə fərdi yanaşır.

Məhəllə.az-ın sınaq müddəti 2 həftədir, bu müddət ərzində müştəri platformanı sınaqdan keçirir və nəticədə mümkün əməkdaşlıq barədə qərar qəbul edir – sınaq müddətindən sonra müqavilə bağlamaq üçün minimum müddət 3 aydır.

Göründüyü kimi, Məhəllə.az-ın istifadəsi hər iki tərəf üçün sərfəlidir. Belə ki, platforma ilk olaraq bütün servis və xidmətləri bir yerə mərkəzləşdirməklə xidmətin keyfiyyətini yaxşılaşdırır. Bu da yuxarıda qeyd edildiyi kimi, həm vaxta, həm də səylərə qənaət edəcək. Bundan əlavə, iki tərəf arasında daha sıx əlaqə yaradılacaq və hər kəs evdə (çoxmənzilli binada) baş verən hər şey haqqında asanlıqla məlumat ala biləcək.

Çox yaxın gələcəkdə Məhəllə.az eyni adlı mobil tətbiqin istifadəsini planlaşdırır ki, bunun köməyi ilə, məsələn, ağıllı evin inteqrasiya funksiyası və bir çox digər zəruri və faydalı funksiyalar mümkündür.

Məhəllə.az platforması ilə bağlı sizi maraqlandıran bütün məlumatları 012-599-88-08 nömrəli əlaqə nömrəsi və i[email protected] elektron poçt ünvanı vasitəsilə əldə edə bilərsiniz.

- Facebook - https://www.facebook.com/mehelle.az/

- Instagramhttps://www.instagram.com/mehelle_az/?igshid=1f1s8f7f6atnu

- Rəsmi sayt - https://www.mehelle.az/

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 203 B (AF Business House, 6-cı mərtəbə).

Reklam hüququnda

Paylaş:
1406

Son xəbərlər

Bütün xəbərlər