Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

11:19 - 10 / 07 / 2020
Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

Bakıda yük maşınının vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

1news.az-ın məlumatına görə, hadisə iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişinin üstündən keçərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər