Ermənilər Tovuz sakinini qətlə yetirdilər

Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.
Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.
1news.az
558