Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib

17:42 - 14 / 07 / 2020
Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib

Erməni silahlı birləşmələri sərhəd kəndlərini atəşə tutmaqda davam edir.

1news.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evləri atəşə tutulub. Kənd ərazisinə mərmilərin düşməsi nəticəsində evlərə və torpaq sahələrinə ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib".

1news.az

Paylaş:
556

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər