Bakıda axtarışda olan qadın oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda axtarışda olan qadın oğurluq etdi

09:29 - 14 / 07 / 2020
Bakıda axtarışda olan qadın oğurluq etdi

Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

1news.az-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Qafar Ağayev 

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər