Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

10:28 - 14 / 07 / 2020
Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

İyulun 13-ü axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumata görə, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib. Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Agentliyin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb. Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda  heç bir hərəkət məhdudiyyəti yoxudur.

Qafar Ağayev

Paylaş:
528

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər