Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi - FOTO

11:54 - 14 / 07 / 2020
Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Qafar Ağayev

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər