Həkimlər bildirir ki, Fuad İlyasovun ayağa qalxmasına ümid var, lakin ailənin maddi vəziyyəti ağırdır – FOTO

Redaksiyamıza Fuad Mikayıl oğlu İlyasovun çarəsiz qalmış həyat yoldaşı Fərqanə xanım müraciət edib. Ailənin yeganə gəlir mənbəyi olan Fuad bəy bir ildən artıqdır ki, sinir iflici xəstəliyindən əziyyət çəkir.
Hal-hazırda onun ayaqları işləmir və yatağa məhkumdur. Hər ay onun dərmanlarının alınmasına ailə tərəfindən yetəri qədər vəsait xərclənir. Ailənin yeğanə gəlir mənbəyi - Fuada dövlət tərəfindən təyin edilmiş pensiyadır.
“Həkimlərin dediyinə görə, Fuadın ayağa qalmasına ümüd yeri var, lakin evdə bu müalicənin həyata keçirmək üçün gəzmək simulyatorunun alınmasına ehtiyacımız var. Adı çəkilən aparatın alınması üçün ailəmizin maddi imkanları məhduddur. Aparatın sifarişi və ölkəyə gətirilməsi 3500 başa gəlir. Hər birinizdən xahiş edirik ki, bu xeyir işə vəsilə olaraq bizə yardım edəsiniz, Fuadın ayağa durub gəzməsinə kömək olasınız”, - deyə Fərqanə xanım bildirib.
Həmçinin Fərqanə xanım bildirib ki, ola bilər hazırda kimdəsə bu aparatdan var, az işlənib və ya artıq istifadə etmir. Ola bilər kimsə bu aparatı ailəyə müvəqqəti də olsa verə bilər.
El arasında belə bir deyim var: “Əl tutmaq Əlidən (imam) qalıb”. Xeyir sevər xalqımız hər zaman çətin günlərdə bir-birinə dayaq olub, maddi-mənəvi dəstəyini göstərib.
Aşağıda Fuad Mikayıl oğlu İlyasovun xəstəliyi ilə bağlı tibbi sənədlərin skrinini, eləcə də bank hesabını qeyd edirik. Gəlin birlikdə onun tezliklə sağalıb ayağa qalxmasına yadımçı olacaq. Biz bir-birmizə dəstək olaraq bütün çətinliklərin öhdəsindən gələ bilərik!
Kapital Bank-da Fərqanə Həsənovanın adına manatla olan hesab:
4169 7413 4267 1698
Əlaqə nömrəsi: (055) 727-04-18
Kapital Bank
AZN hesab – 38810944007151901119
Müxbir banklar
Raiffeisen Bank International AG, Vienna, Austria
EUR - 001-55.075.527
USD - 070-55.075.527



1news.az