Dezinformasiya yayanlar və ya düşmənə maşa olanlar - VİDEO - AUDİO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dezinformasiya yayanlar və ya düşmənə maşa olanlar - VİDEO - AUDİO

13:45 - 16 / 07 / 2020
Dezinformasiya yayanlar və ya düşmənə maşa olanlar - VİDEO - AUDİO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər gedir.

1news.az xəbər verir ki, döyüşlərin şiddətli getdiyi bir vaxtlarda bəzi təxribatçılar yalan informasiyalar yayaraq insanlarda təşviş yaratmağa çalışırlar. Belə ki, sosial şəbəkələrdə azərbaycanlıların adından səslər yayılır, guya kəndlərimiz ermənilər tərəfindən vurulub,itkilər var. Amma iddialara görə bütün bu səs yazılarını yayan ermənilərdir. Onlar bu addımı atmaqla Azərbaycan əhalisini təşvişə salmağı planlayırlar. Düşmənin bu təxribatını Meydan TV kimi düşmən dəyirmanına su tökən KİV-lər də yayımlayır.

Məhz Meydan TV kimi resurlar, Ermənistan üçün Azərbaycana qarşı platformaya çevrilib.Gün ərzində bu resurslara diqqət etdikdə görürük ki, onların əsas fəaliyyət istiqaməti Azərbaycan əleyhinə yönəlib. Bunun üçün Meydan TV-nin paylaşımlarına nəzər yetirmək bəs edər, belə ki, paylaşımlara yüzlərlə erməni reaksiya verir. Ermənilərin yaydığı dezinformasiyasnın yayanlar vaxtilə azərbaycanlıları Dağlıq Qarabağdan çıxmağa çağıran, müxtəlif təxtibatlar törədən şərəfi, milləti, dini bilinməyən yaramazlardır.

Axar.az saytında başqa  səsi ötən gündən Whatsapp mesencerdən yayılan şəxsin kimliyi ilə bağlı məlumat yayılıb. Saytda səs yayan şəxsin özünüifşaedici görüntüsünü yayılıb. Həmin şəxsin erməni olduğu bildirilib:

Daha sonra Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

 “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi” - deyə R.Məmmədov fikirlərinə əlavə edib.

Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar.

Bu ünsürün əməli şərəfsizliyin, yaramazlığın yüksək zirvəsidir. Təxribat yayan bu şəxsin Almaniyada yaşadığı bildirilir. R.Məmmədov bu əməllərinə görə mühakimə olunmalıdır. Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bu məsələ ilə bağlı tədbir görsün. 

Xahiş edirik onu qınayan, mühakimə tələb edən çağırışlar verilsin. Azırbaycanın hüquq mühafizə orqanlarına müraciət olunsun.

Əhalimiz də belə məsələlərdə diqqətli olmalı, dezinformasiya yayan şəxslərin ifşa olunması üçün öz əllərindən gələni etməlidirlər. Düşmənimiz erməniyə xidmət edən bu şərəfi, əqidəsi, milləti, dini bilinməyən bu insanları ifşa etmədikdə onlar daha da böyük addımlar atmağa cəhd edəcəklər.

Nəzərə almalıyıq ki, təmas xəttində gedən müharibə ilə yanaşı virtual aləmdə də müharibə gedir. Bütün bunları diqqətdə saxlayaraq vətəndaşlarımızdan xahiş edirik ki, məlumat paylaşanda yalnız etibarlı, ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

1news.az ermənilər tərəfindən yayılan səs yazılarını təqdim edir:

Qafar Ağayev

Paylaş:
718

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər