Bu günün statistikası: daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı

16:47 - 15 / 07 / 2020
Bu günün statistikası: daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı

Azərbaycanda 559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 659 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
434

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər