Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb – FOTO

18:38 - 15 / 07 / 2020
Ötən gecə Milli Məclisin binasına dəyən ziyanın məbləği açıqlanıb – FOTO

Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

Bu barədə 1news.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

S.Xankişiyeva

 

Paylaş:
477

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər