Azərbaycanda koronovirusa yoluxmada azalma müşahidə olunub: 493 nəfər yoluxub, 561 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronovirusa yoluxmada azalma müşahidə olunub: 493 nəfər yoluxub, 561 nəfər sağalıb

17:14 - 16 / 07 / 2020
Azərbaycanda koronovirusa yoluxmada azalma müşahidə olunub: 493 nəfər yoluxub, 561 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər