Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdi

19:21 - 16 / 07 / 2020
Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdi

Gənclər təşkilatları son günlər sosial şəbəkələrdə təxribat xarakterli materialların paylaşılmasından narahatlıq keçirərək hüquq mühafizə orqanlarına müraciət ünvanlayıblar.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onların xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını, canlı qüvvəsini məhv etmişdir. Düşmən gizlətməyə çalışsa da, çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Gənclər təşkilatları bu günlərdə müxtəlif şəxslər tərəfindən internet resurslarında təxribat xarakterli foto və videomaterialların, səs yazılarının, habelə insanlar arasında çaşqınlıq yaradan çağırışlar edildiyinin şahidi olmuş, bunları dövlətimizə və millətimizə ən böyük xəyanət kimi qiymətləndirmişlər.

Onlar erməni maraqlarına xidmət edən Rəşad Məmmədov adlı şəxsin və digərlərinin sosial şəbəkələrdə paylaşdığı təxribatçı, yalan videodan, səs yazısından, foto və video görüntülərdən daha da qəzəblənərək, insanları təşvişə salan məlumatlar yayan bu şəxsin ən ağır formada cəzalandırılmasını tələb etmişlər.

Gənclər təşkilatları Rəşad Məmmədov və onun kimi təxribat xarakterli materiallar yayanların əsl niyyətlərinin ifşa olunmasını, onların əməlinin dövlətə xəyanət kimi qiymətləndirilməsini və layiqli cəza almalarını tələb etmişlər.

Hüquq mühafizə orqanlarına ünvanlanan müraciəti aşağıdakı gənclər təşkilatları imzalamışlar:

  1. “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi
  2. “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi
  3. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
  4. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
  5. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
  6. “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi
  7. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi
  8. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
  9. Gənc Sahibkarlar Klubu ictimai Birliyi Gənc Vətənpərvərlər Birliyi
  10. Gənc Mühasiblər İctimai Birliyi
  11. “İslahatçı Gənclər” İctimai Birliyi
  12. Resurs Gənclərin İnkişafı İctimai Birliyi
  13. Azərbaycan Tələbələr Birliyi
  14. Gənclərin Həmrəyliyi İctimai Birliyi
  15. “Azəri Yurdu” Gənclər İctimai Birliyi
  16. Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
  17. Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım İctimai Birliyi
  18. Türkiyə Universitetləri Məzunları İctimai Birliyi
  19. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasi İctimai Birliyi
  20. “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi
  21. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi
  22. Yurd - Gənclərin İntellektual İnkişafına Dəstək
  23. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi
  24. “İdeal Gələcək” Gənclər İctimai Birliyi
  25. Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti
  26. İstedadlı və Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi
  27. Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi
  28. Elitar Gənc Biznesmenlər Mərkəzi
  29. Azərbaycan Maarifçi Gənclər Təşkilatı
  30. “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi
  31. “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi
  32. “Uğurlu gələcək” Gənclər İctimai Birliyi
  33. “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi
  34. Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi
  35. Azərbaycan Latın Amerika Gənclərinin Dostluğu İctimai Birliyi
  36. İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyi
  37. Azərbaycan Gənc Marketoloq – Reklamçılar İctimai Birliyi
  38. Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyi
  39. Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi
  40. Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası “Elm Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək” İctimai Birliyi
  41. Gənclərin Elmi Araşdırmalar Mərkəzi ictimai birliyi
  42. İnnovativ Gənclər İctimai Birliyi
  43. Sağlam Gəncliyə Doğru” İctimai Birliyi
  44. Gənc Politoloqlar Mərkəzi İctimai Birliyi
  45. Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi
  46. Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyi
  47. Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyi
  48. Etimad-Uşaq və Gənclərə Psixoloji Dayaq İctimai Birliyi
  49. Biləsuvar Yeniyətmə və Gəncləri İctimai Birliyi
  50. Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi
  51. “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclərin İctimai Birliyi
  52. “Bizim Gənclik” İctimai Birliyi
  53. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi".

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər