Hərarəti olan abituriyentlər imtahana buraxılacaqmı? - Məleykə Abbaszadə açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərarəti olan abituriyentlər imtahana buraxılacaqmı? - Məleykə Abbaszadə açıqladı

15:26 - 17 / 07 / 2020
Hərarəti olan abituriyentlər imtahana buraxılacaqmı? - Məleykə Abbaszadə açıqladı

Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onun və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Ancaq çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, ümumilikdə yoluxucu xəstəliyi olan adamın evdən çıxmağa ixtiyarı yoxdur: “Biz istərdik ki, hamı imtahanda iştirak etsin. Abituriyentin səhhəti imkan verirsə, biz onun imtahan verməsinə şərait yaradırıq, ancaq imtahan zamanı digər abiturientlərin də sağlamlığını qorumalıyıq”.

DİM sədri əlavə edib ki, əvvəlki imtahanlarda yoluxucu xəstəlikləri aşkar edilməyən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər, ancaq bunu hər zaman təşkil etmək mümkün olmur.

Qafar Ağayev

Paylaş:
628

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər