Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI

17:41 - 17 / 07 / 2020
Koronavirusdan ölüm riskini artıran əsas amillər AÇIQLANDI

İngiltərədəki Oksford Universitetinin alimləri koronavirusun hansı hallarda ölüm riskini artırdığını açıqlayıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin nəzarətində olan xəstələrin və ölənlərin məlumatlarını təhlil edib.

Alimlər müəyyənləşdiriblər ki, kişilər, yaşlılar və tək yaşayan insanlar COVID-19-dan 1,59 qat daha çox ölürlər. Bundan əlavə, Afrika və Asiya əsilli insanlar da artan risk altındadır. 80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə daha yüksəkdir.

Təhlükəli amillər arasında piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və otoimmün xəstəliklər də var. 

1news.az

Paylaş:
668

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər