Xəbərdarlıq: Həftəsonu Bakı küçələri dezinfeksiya olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəbərdarlıq: Həftəsonu Bakı küçələri dezinfeksiya olunacaq

09:54 - 17 / 07 / 2020
Xəbərdarlıq: Həftəsonu Bakı küçələri dezinfeksiya olunacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

1news.az

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər