Azərbaycanda sərt karantin rejimi daha 2 həftə uzadılacaq - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda sərt karantin rejimi daha 2 həftə uzadılacaq - RƏSMİ

00:43 - 17 / 07 / 2020
Azərbaycanda sərt karantin rejimi daha 2 həftə uzadılacaq - RƏSMİ

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.

1news.az xəbər verir ki, bu barədə AzTV-də Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib.

"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq", - deyə Ş.Mövsümov bildirib.

1news.az

Paylaş:
790

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər