İyulun 20-dən etibarən bu sahələrdə xidmətlərin göstərilməsinə icazə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumatda deyilir.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
Qafar Ağayev
576