Azərbaycanda koronavirusla bağlı müsbət dinamika davam edir - Yoluxan azalır, sağalan çoxalır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
1news.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.
Qafar Ağayev
501