Azərbaycan Beynəlxalq Bankı tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Beynəlxalq Bankı tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir

14:00 - 20 / 07 / 2020
Azərbaycan Beynəlxalq Bankı tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir

Azərbaycan Beynəlxalq Bankı xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün kampaniyaya start verib. COVID -19  pandemiyasına qarşı mübarizə dövründə tibb sahəsinin prioritet olduğunu nəzərə alaraq bu kampaniyadan ilk növbədə əczaçılıq və tibbin başqa sahələri ilə məşğul olan sahibkarlar faydalanacaqlar.

Kampaniya çərçivəsində bu sektorda fəaliyyət göstərən iş adamlarına Azərbaycan Beynəlxalq Bankı geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər.

Hər bir  məhsul üzrə 1 milyon manatadək kreditləri aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Bu fürsətdən müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən bank hesabı  açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi IBA Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
494

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər