Bu tarixdən sonra çimərliklər açıla bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixdən sonra çimərliklər açıla bilər

17:50 - 20 / 07 / 2020
Bu tarixdən sonra çimərliklər açıla bilər

Dəniz qırağında yaşayıb, dənizə getmək imkanı olmayanda insanlar təbii ki, narazılığını bildirirlər.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Hazırda ölkə çimərliklərin açılmasına hazır deyil. Böyük kütlə bir yerə gəldikdə, yoluxma riski artır”.

Ş.Mövsümov qeyd edib ki, insanların çimərlikdə məsafəni saxlaması çətindir: “İkincisi, insanlar çimərlikdə bir yerdən yemək, su alırlar və bu da risk yaradır. Üçüncüsü, çimərliyə bir rayonda yaşayanlar deyil, Bakının digər rayonlarında yaşayanlar da gəlir. Bu da yoluxmanı artırır. Amma biz bunu təşkil olunmuş bir qaydada edə bilsək, vətəndaşlara bir hədiyyə ola bilər. Avqustun 5-nə qədər çimərlikləri aça bilməyəcəyik. Avqustun 5-dən sonra bunu təhlükəsizlik tədbirlərini həyata keçirmək olarsa, bunu edəcəyik”.

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər