Dünyada kişilər, Azərbaycanda isə qadınlar daha çox koronavirusa yoluxur - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyada kişilər, Azərbaycanda isə qadınlar daha çox koronavirusa yoluxur - SƏBƏB

18:12 - 20 / 07 / 2020
Dünyada kişilər, Azərbaycanda isə qadınlar daha çox koronavirusa yoluxur - SƏBƏB

“Dünyanın əksər ölkələrində kişilər daha çox koronavirusa yoluxurlar, nəinki qadınılar. Azərbaycanda paradoks ondan ibarətdir ki, daha çox qadınlar yoluxur”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

“Bizim epidemiologiya üzrə mütəxəssislərimizin qənaəti ondan ibarətdir ki, qadınların daha çox yoluxmasının səbəbi yas mərasimləridir. Qadınlar yas yerlərində daha çox iştirak edirlər və orada daha sıx təmasda olurlar, yoluxmalar başlayır. Ona görə xahişim ondan ibarətdir ki, yeni reallıqları, riskləri nəzəri alıb addım atsınlar”.

Qafar Ağayev

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər