Yoluxmalarda artım olsa yenidən sərtləşdirmə ola bilər - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yoluxmalarda artım olsa yenidən sərtləşdirmə ola bilər - RƏSMİ

18:24 - 20 / 07 / 2020
Yoluxmalarda artım olsa yenidən sərtləşdirmə ola bilər - RƏSMİ

Yumşalmalara gedəndən sonra yenidən yoluxmalarda artım olsa yəqin ki, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qalacağıq.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, burada insanların davranışından çox şey asılıdır: “Biz elə etməliyik ki, yenidən sərtləşdirmək məcburiyyətində qalmayaq. Buna görə də insanlar diqqətli olmalı, qaydalara riayət etməlidir. Hökumət də karantin istəmir. hökumət istəyir ki, hər yer açıq olsun, insanlar işləsinlər, iqtisadiyyat inkişaf etsin, ancaq biz hazırda karantin rejiminə getməyə məcburuq”.

Qafar Ağayev

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər