DSX-nın hərbçiləri qəzaya düşdü - Xidmət rəisi öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-nın hərbçiləri qəzaya düşdü - Xidmət rəisi öldü

10:30 - 20 / 07 / 2020
DSX-nın hərbçiləri qəzaya düşdü - Xidmət rəisi öldü

Bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Qafar Ağayev

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər