Karantin qaydalarını pozan 983 nəfər cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan 983 nəfər cərimələndi

12:19 - 20 / 07 / 2020
Karantin qaydalarını pozan 983 nəfər cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 19.07.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə statistikanı açıqlayıb.

BDYPİ-dən 1news.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 19.07.2020-ci il saat 00:00-dan 20.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 919 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 64 nəfər olmaqla ümumilikdə 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 120 avtomobil geri qaytarılıb, ümumilikdə 285 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Qafar Ağayev

Paylaş:
431

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər