Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

09:49 - 21 / 07 / 2020
Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

1news.az-ın məlumatına görə, Yasamal rayonu, Hüseyn Cavid prospektində Bakı şəhər sakini 1993-cü il təvəllüdü Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər