Azərbaycan XİN-dən Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN-dən Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı açıqlama

11:55 - 21 / 07 / 2020
Azərbaycan XİN-dən Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı açıqlama

Serbiyanın müvəqqəti işlər vəkili Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən mətbuat konfransında deyib.

L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi bildirib: “O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib ki, bu hadisə Azərbaycanla Serbiya arasında əməkdaşlığa xələl gətirməyəcək”.

Qafar Ağayev

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər