Könüllü xidmət etmək üçün müraciət edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Könüllü xidmət etmək üçün müraciət edənlərin sayı açıqlanıb

16:58 - 22 / 07 / 2020
Könüllü xidmət etmək üçün müraciət edənlərin sayı açıqlanıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətləri davam edir.

Xidmətdən 1news.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55 min 130-dan çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Qafar Ağayev

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər