Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı

11:21 - 22 / 07 / 2020
Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılmışdı. 

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.

DİN-in mətbuat xidməti faktı sayta təsdiqləyib. 

Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

1news.az

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər